525.Az

Ağcabədidə ağır qəza: 3 ölü


 

Ağcabədidə ağır qəza: 3 ölü<b style="color:red"></b> Ağcabədi rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, avqustun 11-də axşam saatlarında Ağcabədi-Milstroy yolunda "Chevrolet Niva" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil gəldiyi sürətlə ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 sərnişin hadisə yerindəcə keçinib.
 
Bildirilir ki, avtomobilin sürücüsü hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
 





12.08.2014    çap et  çap et