525.Az

Parisin Yelenayla söhbəti


 

Parisin Yelenayla söhbəti <b style="color:red"></b> Müasir Azərbaycan ədəbiyyatında yeni nəslin ən parlaq nümayəndəsi sayılan Qismət noyabrın 5- ailə həyatı quracaq. Bu münasibətlə istedadlı qələm dostumuza səmimi təbriklərimizi ən xoş arzularımızı ünvanlayır, oxucularımıza isə Qismətin poetik yaradıcılığının yeni nümunələrini təqdim edirik.

 

 

Alman hesabı

 

 

o gün, , o gün

 

sən dodağında qırmızı qətiyyət,

 

əynindəqadın hüquqları qaşqabaq

 

gəlmişdin görüşə,

 

mən boğazıma qara bir ciddiyət taxıb,

 

təraş olub,

 

bəyəndiyin ətirdən vurmuşdum.

 

 

O gün idi, , o gün

 

13-ü  cüməyə düşmüşdü,

 

Arazkafesində ayrılmaq üçün görüşürdük,

 

Azərbaycan kimi...

 

 

ofisiant,

 

bizi görən kimi öskürmüş,

 

sifətinə  gülüş, dilinə  hazır rusca sözlər geyinib

 

gəlmişdi yanımıza.

 

MənGünah anandadı !” salatı ,

 

yanında  Sən məni başadüşməzsənqızartması istəmişdim.

 

SənÖzün bilərsənşorbası demişdin,

 

bir Mən yaxşı yaşamaq istəyirəmpüresi.

 

Sükutun qədəhinə

 

qırmızı, kəmturş ittihamlar süzülən kimi,

 

hörmət quşunun boğazı üzülən kimi,

 

hesabı istəmişdik.

 

 

O gün, , o gün,

 

13-ü cüməyə düşmüşdü

 

Ucuz bir ayrılığın hesabını ödəmişdik

 

alman hesabı.

 

Sən masadan

 

Sənə qalmamışamdeyərcəsinə çantanı götürüb

 

getmişdin.

 

Mənsə addımlarımın

 

saatını çox geri çəkmişdim,

 

amma qürurumdan,

 

çinarlara qohum qürurumdan-,

 

sən bir  Meduza kimi uzaqlaşarkən,

 

dönüb baxmamışdım arxanca.

 

 

arada düşünürəm o günü :

 

dönüb baxmışdınmı arxamca?

 

Baxmışdınsa axı nədən

 

o gün o küçədə

 

bircə heykəl vardı,

 

Nizaminin heykəli.

 

 

Mətbəxlik

 

 

Bir qadın var hardasa

 

gözləri razılaşmaq dilində susur...

 

metroda əlləri yaxasına,

 

çantası dizlərinə səngər.

 

 

Bir qadın var hardasa

 

xoşbəxtlikdən sinifdə qalan,

 

hər gün ciyərini qayğılar didən

 

mətbəxə zəncirlənmiş Prometeya.

 

 

Bir qadın var hardasa

 

sevmədiyi kişiyə arvad

 

sevdiyi kişiyə Çin səddi...

 

Bir qadın var hardasa

 

qara günlərin qırmızı diplomlusu,

 

iki uşaq anası.

 

Yerindədi hər şeyi

 

əri, uşaqları, şubası,

 

biş-düşü.

 

Bir qadın var hardasa

 

kibrit çöpündən tez sönür gülüşü...

 

 

Bir qadın var hardasa

 

qadın deyirəm sizə

 

gecələr ağlar səssizcə

 

haram qatar yuxusuna.

 

ağlar bir qalstukun xorultusuna,

 

bir kostyumun tütün qoxusuna,

 

ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ...

 

 

Bir qadın var hardasa

 

Soruşsan xoşbəxtsənmi?

 

Bədbəxtəm deməz

 

Deyər: çox mətbəxəm...

 

 

Parisin Yelenayla söhbəti

 

 

Fəth olundu qəlbimin Troya krallığı,

 

İndi yanır ürəyim hər tərəfi duman, sis...

 

Yelena, məndə hardan tapmısan sakrallığı,

 

Məni sevmək əzabdı, dərddi, yoxsa katarsis?

 

 

Mən müqəddəs deyiləm,

 

qoy səni aldatmasın

 

Gözlərimdə gördüyün o təmizlik, o  ziya.

 

Hər şey qəfildən oldu,

 

vaxtın başı batmasın,

 

Vaxtına düşməyənin hər şeyi illüziya...

 

 

Ömür axır su kimi, arzu qoyuruq dəmə...

 

Özü özünə çökən boz dumanam, Yelena.

 

Dünya dolub-boşalan bir qədəhmiş sən demə,

 

Mən isə yaşamağa narkomanam, Yelena.

 

 

Mənim adım cücərsin qoy sənin dodağında,

 

Adıma kölgələnim, sevinim, qürurlanım.

 

Bu yaralı  gəminin qaranlıq otağında,

 

Baxışında yuyunub, səsində qurulanım...

 

 

Bilirəm, gedəcəksən, budur mənim qədərim

 

Ömrün çoxu gecədir, sən səhərsən, Yelena.

 

Gəl, uduzaq savaşı, qudurtmayaq zəfəri,

 

Sənə at bağışlasam götürərsən, Yelena?

 

 

Klassika məşqlərindənXX

 

 

Gözlərindən öpərəm, dodaqlarından sənin,

 

Şirin sözlər asaram qulaqlarından sənin,

 

Saçını oğurlayıb daraqlarından sənin,

 

Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,

 

Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

 

 

Əllərindən tutaram, biləyindən öpərəm,

 

Saçlarının gül qoxan küləyindən öpərəm,

 

Məni müqəddəs bilən ürəyindən öpərəm,

 

Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,

 

var məndən qaçmağa, mən ki qəfəs deyiləm...

 

 

Qırmızı kəmturş şərab badələrə süzülər

 

Zarafatlar uzanar, ürəyimiz üzülər...

 

Barmaqlarım tələsər, düymələrin çözülər,

 

İçimə bir od düşər, titrəyər ayaqlarım,

 

Süd yolunda dincələr qurumuş dodaqlarım...

 

 

Ürəyimin parası, gözümün bir tikəsi,

 

Məni yaman qorxudur dinməmək təhlükəsi.

 

Mən özündənrazının, eqoistin yekəsi,

 

Sən zəriflik tanrısı, qadının ötəsisən

 

Bütün xoş şeylər kimi sən dəmi bitəsisən ?

 

 

Birnəfəsə...

 

 

Darıxmaq pəncərəsi açıq qalıb,

 

yellənir səbrin pərdəsi,

 

fikrimin atı qan-tər içində...

 

 

Saçlarını üzündən

 

yığırsanmı astaca ?

 

Daralırmı nəfəsin ?

 

Leysan kimi yastığa

 

yağırsanmı astaca ?

 

Mən axmaq adamam,

 

axmaq suallardı ?!

 

 

Vaxt vardı,

 

oyanıb görürdüm ki,

 

tavan başqa tavandı.

 

Tavan da təəccüblənirdi...

 

Kəsəsi, öpdüyümüz dodaqlardan

 

pomada kimi silinmək ehtimalı da var.

 

Amma səni düşünmək elə gözəl ki,

 

sənə məsləhət görürəm...

 

 

Hamı kimi durursan yuxudan.

 

Əllərini yudunmu, çayını içdinmi

 

başlayır dünənə əkiz bir gün.

 

Kontur göndərirsən rəfiqənə,

 

nömrəni dəyişmək istəyirsən,

 

Facebook-a öyrəşə bilmirsən...

 

Filmə baxırsan,

 

yeməyi qızdırırsan,

 

qeybət eləyirsən yüngülvari...

 

Çantanla ayaqqabının rəngini tutuşdurursan,

 

necəsə şalvarını köynəyə yaraşdırırsan,

 

qəşəng görünürsən insafsızca...

 

 

Gülümsəyirsən kiminsə zarafatına,

 

yorulursan, mürgüləyirsən divandaca

 

yastığa toxunur saçların, çiynin...

 

Oyanırsan, güzgüyə baxırsan.

 

Güzgün olum,

 

yadıma düşürsən çilik-çilik oluram.

 

 

Adını bir vərəqə yazıb baxıram.

 

Adın gözlərimdən başlayıb fəth edir

 

ürəyimin paytaxtını.

 

Yuxularıma tökülür saçların...

 

Sonra nəsə olur,

 

adın ayrı-ayrı mənalara bürünür,

 

bax, onda

 

əllərinqucaqlaşmaq”,

 

dodaqlarınöpüşmək

 

ayaqlarıngetməməkfelinə bənzəyir...

 

Bax, onda

 

nəsə olur,

 

sənin acıgöz həsrətin

 

məni dişinə çəkir.

 

Bax, onda

 

darıxmağım qurd kimi ulayır...

 

 

Dönüb görərsən ki...

 

 

Bir görərsən ki, qəti alınmır...

 

Səni gecələrin zülməti çəkər,

 

Dodağın bir öpüş həsrəti çəkər.

 

Yanar dodağında bir dodaq yeri

 

Lap elə mən ölü, sən ki, diri

 

Qabları yuyarsan, çörək alarsan,

 

Görərsən könlünün simi tarımdı.

 

Amma bilməzsən ki, niyə yarımsan,

 

Bilməzsən evində nəyin yarımdı...

 

 

Könlünə qəfil bir qayıtmaq düşər,

 

Birdən başlayarsan lap darıxmağa...

 

Dönərsən gəldiyin yola baxmağa,

 

Qəhər boğazında ilişər qalar,

 

Dönüb görərsən ki, divardı yollar,

 

Dönüb görərsən ki, yol çıxıb gedib...

 

 

Bezginlik

 

 

Suallar verirlər,

 

çoxlu suallar...

 

Niyə? Nədən? Necə?

 

Cavabını bilmirlər guya.

 

Zalım uşağı,

 

səadət ərzaq deyil ki,

 

tutub doldurasan soyuducuya...

 

 

Bir nəfər az

 

 

Çanaq antenaları

 

göylərin sonsuzluğuna

 

qulaq kimi şəklənmiş

 

binaların sakinləri

 

çay içir, qab yuyur, nərd oynayır.

 

Mənsə yenə Darıxmağa məğlub oluram,

 

çünki yenə Darıxmağın hücumunda Dərd oynayır,

 

çünki yenə bir nəfər azlıqdayam...

 

 

 Dünyayabu qədim adamyeyənə

 

 ağaran saçlarla təslim bayrağı qaldırmış,

 

 ömürləri reklam kimi təkrar

 

 adamların gecəsi

 

 topdansatış qarasıdı.

 

 Mənimki gecə deyil,

 

 gecə üstəgəl gecə vur gecədi.

 

 Mənimki qara deyil,

 

 zülmətin kvadratıdı.

 

 Amma neyləməli, bir azdan

 

 ikinci əl bir səhər açılacaq

 

  mən son istifadə tarixi keçmiş

 

 bir ümid geyinib, gedəcəyəm.

 

 Gedəcəyəm, sizin küçənizdə

 

 baş rolda darıxmağa...

 

 





03.11.2012    çap et  çap et