525.Az

Tarixin ən yaxşı rəssamları - ARAŞDIRMA


 

Tarixin ən yaxşı rəssamları - <b style="color:red">ARAŞDIRMA</b>

Rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biri olub. Bu incəsənət növü ilə məşğul olanlara isə rəssam deyilir. Sənətkarlar əsrlər keçsə də əsərləri vasitəsilə öz düşüncələrini və fikirlərini bizlərə çatdırıblar.

525.az olaraq "Tarixin ən yaxşı" rubrikasında bu dəfə sizlərə ən yaxşı rəssamları təqdim edirik.

1. Leonardo da Vinçi - (1452 - 1519)

Da Vinçi italyan alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı idi. Onun ən tanınmış əsərləri isə "Mona Liza", "Sonuncu şam yeməyi", "Dünyanın xilaskarı" rəsmləridir.

2. Salvador Dali - (1904 - 1989)

Dali ispan rəssam, heykəltəraş, filosof və rejissor, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biridir. Onun ən məşhur əsəri "Yaddaşın dəyişməzliyi" tablosudur.

3. Frida Kalo - (1907 - 1954)

Kalo meksikalı rəssamdır. O rəsmlərindən savayı qeyri-sabit şəxsi həyatı və siyasi baxışları ilə tanınırdı. Ən məşhur əsəri isə "Tikanlı boyunbağı və kolibri ilə avtoportret" tablosudur.

4. Vinsent van Qoq - (1853 - 1890)

Van Qoq holland postimpressionist rəssamdır. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Ən məşhur əsərləri "Ulduzlu gecə", "Van Qoqun avtoportreti", "Sarğılı Qulaqlı Avtoportret" tablolarıdır.

5. Mikelancelo - (1475 - 1564)

O italyan heykəltaraş, boyakar, memar və şair idi. Renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır. Ən məşhur əsərləri "Adəmin yaradılması" tablosu və "David" heykəlidir.

6. Pablo Pikasso - (1881- 1973)

Pikasso ispan rəssam, heykəltaraş, keramist və dizaynerdir. O XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindəndir. Ən məşhur əsərləri "Gernika" və "Ağlayan qadın" tablosudur.

7. Edvard Munk - (1863 - 1944)

Munk norveçli simvolist, rəssam və ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri "Qışqırıq" tablosudur.

8. Qustav Klimt - (1862 - 1918)

Klimt avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Ən məşhur əsəri "Öpüş" tablosudur.

9. Yan Vermeer - (1632 - 1675)

Yohannes gündəlik həyatı təsvir edən tabloları ilə tanınan hollandiyalı barokko rəssamı, holland rəssamlığının qızıl dövrünün nümayəndəsidir. Ən məşhur əsəri "Mirvari sırğalı qız"  tablosudur.

10. Sandro Bottiçelli - (1445 - 1510)

Bottiçelli Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olub. Onun ən məşhur əsəri "Veneranın doğulması" tablosudur.

Məhəmməd Tağıyev

 





24.08.2023    çap et  çap et