525.Az

Yeni “iPad” planşetinin istehsalına başlanılıb


 

Yeni “iPad” planşetinin istehsalına başlanılıb<b style="color:red"></b> “Apple” tədarükçüləri yeni nəsil “iPad” planşetlərinin istehsalına başlayıblar.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9.7 düyümlük diaqonallı ekranla təchiz edilmiş yeni “iPad” planşetlərinin elanı ya cari ayın sonunda, ya da növbəti rübün əvvəlində gözlənilir. Həmçinin yeni nəsil “iPad mini” planşetlərinin istehsalına başlanılıb ki, qurğunun ilin sonunda çıxarılacağı gözlənilir.
 
Tam ölçülü “iPad” modeli yeni parıltı əleyhinə ekranla təchiz ediləcək ki, bu da ekranda informasiyanı parlaq işıqda oxumağa icazə verəcək.
 
Ehtimal edilir ki, “Apple” şirkəti planşetləri “Touch ID” barmaq izi skaneri ilə təchiz edəcək. “MacRumors” nəşri yazır ki,  planşetlər daha güclü “A8” prosessoru, tam ölçülü “iPad” planşeti isə təkmilləşdirilmiş 8 meqapiksellik kamera ilə təchiz edilə bilər, “Lenta.ru” yazır.
 





12.08.2014    çap et  çap et