525.Az

"Neftçi" - "Partizan" oyunu Respublika stadionunda keçiriləcək


 

"Neftçi" - "Partizan" oyunu Respublika stadionunda keçiriləcək<b style="color:red"></b>

UEFA Avropa Liqasının pley-off mərhələsinin  "Neftçi" - "Partizan" cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  "Neftçi"  "Partizan" komandasını adı çəkilən stadionda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət edib, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlayıb.

Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.

Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 





12.08.2014    çap et  çap et