525.Az

Azərbaycanda banklar ötən ay 300 mln. manatdan çox gəlir əldə ediblər


 

Azərbaycanda banklar ötən ay 300 mln. manatdan çox gəlir əldə ediblər<b style="color:red"></b>

2023-cü ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 307.5 milyon manat faiz gəliri əldə ediblər.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.6% və ya 80.7 milyon manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 159.1 milyon manat, xalis mənfəətləri isə 92 milyon manat təşkil edib.

 





25.08.2023    çap et  çap et