525.Az

Prezident Serbiya müdafiə nazirini qəbul edib


 

Prezident Serbiya müdafiə nazirini qəbul edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Ölkələr arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.
 
Serbiyanın müdafiə naziri Bratislav Qaşiç isə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını söyləyib. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
 





12.08.2014    çap et  çap et