525.Az

Ukraynada iki təyyarə toqquşdu - 3 nəfər öldü


 

Ukraynada iki təyyarə toqquşdu - <b style="color:red">3 nəfər öldü</b>

Ukraynanın Jitomir vilayətində iki "L-39" döyüş təlimi təyyarəsinin toqquşması nəticəsində 3 pilot həlak olub.

525.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Döyüş tapşırığı zamanı iki L-39 döyüş təlim təyyarəsinin ekipajları səmada toqquşub. Təəssüf ki, hər üç pilot həlak olub. İstintaq davam edir”, - məlumatda bildirilir.

 





26.08.2023    çap et  çap et