525.Az

Prezident və ordu


 

Prezident və ordu<b style="color:red"></b>

"Düşmən yaxın zamanlarda başa düşəcək ki, bu məsələ uzana bilməz"
İ
lham Əliyev

"İndi Azərbaycanın gücü var ki, öz torpağını hərbi yolla azad etsin. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz bilirik, düşmən vasitəçilər bilir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Ona görə hesab edirəm ki, son günlər yaşanan hadisələr beynəlxalq vasitəçiləri hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır". Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun ilk günlərində cəbhədən gələn həyəcanlı xəbərlərdən sonra düşmənin qarşısına bu sözlərlə çıxdı. Prezidentin cəbhə bölgəsinə gedərək vəziyyətlə bilavasitə tanış olması, hərbi komandanlıqla operativ müşavirə keçirməsi ardınca bu bəyanatı səsləndirməsi ön xətdən düşmənə ünvanlanan xəbərdarlıq idi. Bundan öncə isə düşmən Vətən oğullarımızdan daha təsirli, özünün yaxşı anlayacağı bir "dildə" xəbərdarlıq almışdı.

İyulun sonundan etibarən Ermənistan ordusunun kəşfiyyat-təxribat qruplarının Azərbaycanın dövlət sərhədində Qarabağda - qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin mövqelərinə etdikləri həmlələrin qarşısı igid hərbçilərimiz tərəfindən rəşadətlə alındı. Avqustun 1-2- bu hücumların dəf edilməsi zamanı ordumuz şəhidlər verdi. Lakin düşmənə aman verilmədi, təxribatçı qruplar burnu ovularaq geri oturduldu. Ermənistanın dezinformasiya maşını bu gün cəbhədə verdikləri itkilərin real sayını açıqlamaqdan çəkinir. Amma bu bizim üçün önəmli deyil. Önəmli olan qarşı tərəfin aldığı mesajların təsir dairəsidir.

Müharibə hər zaman qan-qada deməkdir. Son günlər cəbhə xəttindən gələn acı xəbərlər şəhidlərin ailələri ilə bərabər hamımızı ağrıdır, qəhrəman oğullarımızın itkisi bütün xalqımızın canını yandırır. Eyni zamanda, düşmənə sipər olan şəhidlərimiz bir həqiqəti bizə bir daha anladırlar: torpaq, uğrunda ölən varsa, vətəndir. Qızmar günəşin yandırıb-yaxdığı bu günlərdə igid oğullarımız da "Bura vətəndir" deyə işğalçı qüvvələrlə üz-üzə dayanıblar. Yaşadıqları itkilərə, acıların ağırlığına baxmayaraq, şəhidlərimizin ailələrinin, yaxınlarının nümayiş etdirdikləri səbr, təmkin, dəyanət düşmənə bir gözdağıdır.

Sözsüz ki, ermənilərin bu təxribatı əvvəlcədən planlaşdırılmışdı məqsəd cəbhə xəttindəki qüvvələrimizi lokal toqquşmalara cəlb etməklə sonradan bu proseslərdən öz istədikləri kimi yararlanmaq idi. Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində yeritdiyi prinsipial siyasət, Ermənistana qarşı bütün təsir rıçaqlarının işə salınması, ardıcıl olaraq həyata keçirilən iqtisadi təcridetmə mexanizmləri düşmən ölkənin regional beynəlxalq müstəvidə imkanları getdikcə məhdudlaşdırır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq hərəkətlərini Qarabağdakı separatçılıqla pərdələmək manevr etmək imkanları daralmaqdadır. Postsovet məkanında baş verən proseslər (ilk növbədə Krımın Rusiya tərəfindən ilhaqı) fonunda ərazi separatizminə qarşı beynəlxalq birliyin daha birmənalı mövqe tutması ermənilərin işinə yaramır. Odur ki, hüquqi-siyasi müstəvidə imkanları məhdudlaşan, sülh razılaşmasından qaçmaq üçün bəhanə limiti daralan Ermənistan cəbhə xəttində təxribata əl atmaqla münaqişədə lokal alovlanmaya nail olmaq istəyir. Başlıca məqsədlərdən biri beynəlxalq dairələrin vəziyyətə müdaxilə etməsinə münaqişənin hərbi yolla çözümünün yolverilməzliyi barədə yeni bir anlaşmanın imzalanmasına zəmin yaratmaqdır.

Ermənistan ölkəmizin hərbi hərbi-sənaye imkanlarının ilbəil artdığını bu faktorun əzəl-axır münaqişənin ədalətli həllində öz sözünü deyəcəyini dərk edir. Odur ki, hər vəchlə Azərbaycanın üzərinə hərbi yola əl atmamaq barədə beynəlxalq vasitəçilər tərəfindən təsbitlənən öhdəlik qoymaq istəyir. Bundan sonra münaqişədəki status-kvonu sülh danışıqları ilə imitasiya edərək işğal siyasətini sonsuzluğa qədər davam etdirmək olar. 

Düşmənin cəbhədəki son təxribatlarla güddüyü başqa bir niyyət Azərbaycanı lokal savaş meydanına cəlb etməklə ölkəmizin nail olduğu iqtisadi yüksəlişə, regionda həyata keçirilən enerji, kommunikasiya layihələrinə pəl vurmaq, daxildəki istiqrarı pozmaqdır. Azərbaycandan Avropaya yeni enerji (Trans Anadolu Trans Adriatik qaz kəmərləri) dəhlizinin təməlinin qoyulduğu, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yekun mərhələdə olduğu, Azərbaycan paytaxtının birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşdığı vaxtda belə savaşın alovlanmasının kim(lər)ə sərf etdiyini təxmin etmək çətin deyil. Burada cəm şəkilçisindən istifadə etməyimiz təsadüfi deyil. Ermənistanın suveren dövlət olmadığı, bütün iqtisadi, siyasi, hərbi spektri ilə Rusiyaya bağlılığı hər kəsə bəllidir. Ağır sosial-iqtisadi vəziyyət artıq demoqrafik fəlakət həddinə çatmaqdadır. Ermənistanın rəsmi orqanları da etiraf edirlər ki, hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Erməni rəhbərliyi iqtisadi böhrandan, təcriddən qismən olsa çıxmaq üçün Rusiyanın yaratdığı Gömrük İttifaqına üzv olmağa can atır. Moskva isə bu ittifaqda Ermənistandan ziyadə bizi görmək istəyir. Öz növbəsində Azərbaycan da belə geosiyasi birlik bloklara qoşulmamaq müstəqil siyasət yeritmək məramını dəfələrlə elan edib. Belə olan halda son günlər Ermənistanın cəbhə xəttində həyata keçirdiyi təxribat hərəkətlərinin iplərinin başqa əllərdə olduğunu, bunun həm Azərbaycana qarşı bir təhdid olduğunu düşünməyə əsas var. Bu hadisələrdən dərhal sonra Rusiya prezidentinin Azərbaycan Ermənistan rəhbərlərini Soçiyə dəvət etməsi bunun göstəricisi sayıla bilər. Moskvadan belə bir təklif avqustun 2-, cəbhədə intensiv atışmaların ikinci günü gəldi. Azərbaycan rəhbəri isə bu dəvətə cavab verməzdən öncə avqustun 5- cəbhə xəttinə baş çəkdi.

Prezident İlham Əliyevin Soçidən öncə Ağdama getməsi hər kəsə - Azərbaycan cəmiyyətinə , düşmən ölkəyə , beynəlxalq vasitəçilərə çox anlamlı bir mesaj idi. Bu addım ilk növbədə Azərbaycan xalqına nümayiş etdirdi ki, cəbhə xəttində baş verənlər Ali Baş Komandanın şəxsən diqqəti altındadır, Silahlı Qüvvələrimiz vəziyyətə nəzarət edir, cəbhə bölgəsində əhalinin təhlükəsizliyi ilə bağlı heç bir ictimai nigarançılığa əsas yoxdur. Prezident həmçinin bu hadisələr zamanı cəmiyyətin nümayiş etdirdiyi təmkinli vətəndaş mövqeyini vətənpərvərliyi, o cümlədən könüllülərin, Qarabağ müharibəsi veteranlarının Vətən uğrunda döyüşə atılmaq əzmini yüksək qiymətləndirdi: "Düşmənlə təmas xəttində vəziyyət barədə mənə müntəzəm məlumat verilir. Bu gün cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Son hadisələr zamanı biz itki vermişik. Hər bir vətəndaşın, əsgərin itkisi bizim üçün çox böyük faciədir. Amma qarşı tərəf daha böyük itkilər verib. Son hadisələr bir onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, könüllülər ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Eyni zamanda, veteranlarımız bizim böyük döyüş rezervimizdir. Onların təcrübəsi, peşəkarlığı var. Əgər buna ehtiyac olarsa, əlbəttə, səfərbərlik elan oluna bilər. Hələ ki, buna ehtiyac yoxdur. Azərbaycan ordusu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, hərbi-texniki təchizat ən yüksək səviyyədədir".

Ali Baş Komandanın düşmən ölkəyə dolayısı ilə ona arxa duranlara ünvanladığı sözlər vəziyyətə tam adekvat idi. Prezident bəyan etdi ki, erməni qüvvələrinin təxribatlarının cavabı layiqincə verilib yenə bu cəhdlərə əl atılsa, cavab daha ağır olacaq. Düşmənin hücumlarının dəf edilməsindən sonra dövlət başçısının hərbi geyimdə, döyüş komandirlərinin əhatəsində cəbhə xəttində görünməsi qarşı tərəfə müharibənin hələ bitmədiyini nümayiş etdirmək idi: "Biz atəşkəs şəraitində yaşayırıq. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ başlana bilər. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz müharibə istəmirik. Ancaq biz onlardan fərqli olaraq, torpağımızı geri istəyirik. Haqq, ədalət, həm beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz".

Prezident cəbhə bölgəsinə səfəri zamanı Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında da iştirak etdi. 632 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi digər sosial infrastrukturun yaradıldığı qəsəbə 2003- ildən bu yana məcburi köçkünlər üçün inşa edilən sayca 83- yaşayış məntəqəsidir. Bu qəsəbələrdə 190 min nəfər yaşayır. 2014- ilin sonunadək 21 min nəfər üçün daha 7 qəsəbənin salınması nəzərdə tutulur. Dövlət başçısı xüsusilə Ağdam Füzuli rayonlarının işğal altında olmayan kəndlərində əhalinin məskunlaşmasını diqqət mərkəzində saxlayır. Hazırda Ağdamın 190 minlik əhalisinin 90 mini öz rayonunda yaşayır. Füzulinin işğaldan azad ərazisində rayon əhalisinin təqribən yarısı (70 min) məskunlaşıb. Bu bir daha göstərir ki, ölkənin 20 faiz ərazisinin işğal edilməsinin ağır fəsadlarına, 1 milyondan çox qaçqın məcbur köçkün probleminə rəğmən Azərbaycan öz imkanları hesabına inkişaf edir, ölkənin iqtisadi potensialı ilə müharibənin nəticələri aradan qaldırılır. Hər il yeni qəsəbələrin salınmasına 300 milyon manat vəsait sərf olunur.

İlham Əliyev prezidentliyinin ilk günlərindən Qarabağ məsələsinin həlli istiqamətində üç prioriteti elan etmişdi: güclü iqtisadiyyat, güclü siyasət, güclü ordu. İqtisadi qüdrət digər iki istiqamətə başlıca zəmindir son on ildə Azərbaycanın regional beynəlxalq müstəvidə həyata keçirdiyi aktiv siyasət, mövqelərimizin möhkəmlənməsi, eləcə ölkənin hərbi qüdrətinin artması, güclü hərbi-sənaye kompleksinin yaradılması bunun nəticəsidir. Artan iqtisadi imkanlar hesabına 2007-ci ildə çadır şəhərciklərinin ləğv edilməsi ağır şəraitdə yaşayan köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən kompleks tədbirlər həm Azərbaycanda güclü sosial dövlətin təşəkkül tapmasını göstərir. Eyni zamanda, Ağdam, Füzuli rayonlarında, cəbhə xətti yaxınlığında müasir infrastrukturun yaradılmasının, ermənilərin paytaxt Yerevanda görə bilmədiyi olimpiya kompleksi, mədəniyyət mərkəzi, park yolların salınmasının əlamətdar siyasi önəmi var. Torpaqlarımızı işğal altında saxlamaqla faktiki heç nəyə nail olmayan erməni tərəfi üçün bunları görmək, Azərbaycanın iqtisadi inkişafının real təzahürünün ta cəbhə xəttinədək gedib çıxmasını seyr etmək əsl gözdağıdır. "Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı bu arzularla yaşayır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərimizi artıracağıq: iqtisadi güc, hərbi güc, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi", - deyə dövlət başçısı Ağdamda sakinlərlə görüşündə bildirdi.

Prezident Soçi görüşünə bu əhvalda, arxasında xalqın güclü dəstəyini, cəmiyyətin vətənpərvərlik ruhunu hiss edərək getdi. Qeyd edək ki, Rusiya rəhbərliyinin təşəbbüsü ilə üçlü formatda görüşlərin əsası 2008-ci ildə qoyulub. 2008-2012-ci illərdə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyevin səyi ilə 10-dək belə görüş keçirilmiş, prezidentlər sonuncu dəfə elə Soçidə 2012-ci ilin yanvarında bir araya gəlmişdilər. Beləliklə, təxminən il yarımlıq fasilədən sonra dövlət başçıları bu dəfə prezident Vladimir Putinin təşəbbüsü ilə dəyirmi masa arxasına keçdilər.

"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb həllini tələb edir. Ümid edirik ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək", - bu, Azərbaycan prezidentinin rusiyalı həmkarına dediyi sözlərdir. Erməni rəhbər isə siyasi ampluasına sadiq idi: həmişəki yazıq sifət yardım umacaq görkəm. Sarkisyan Putinin yanına Azərbaycandan şikayətə gəlmişdi: "Mən regiondakı vəziyyət Azərbaycan-Ermənistan sərhədində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm".

Fərqi gördünüzmü? Fərq həm zaman, həm şəraitdə özünü göstərir. Bir vaxtlar Ermənistan aldığı yardımlar sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Azərbaycan lideri isə hər kəsə açıq mətnlə bəyan etdi ki, ölkəmiz öz gücünə arxayındır, lakin sülh məramı nümayiş etdirərək problemi dinc yolla həll etmək istəyir. Hələlik sülh qapısı açıqdır. Amma erməni tərəfi , vasitəçilik missiyalı beynəlxalq dairələr bilməlidirlər ki, "açıq qapı" siyasəti nəhayətsiz deyil bir gün həmin "qapı" bağlana bilər.

 





12.08.2014    çap et  çap et