525.Az

704 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub


 

704 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub<b style="color:red"></b> Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub.
 
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb.
 
İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 3012 nəfər müsahibəni gözləyir.
 
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.
 
Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.
 





12.08.2014    çap et  çap et