525.Az

Kamal Kılıçdaroğlunun istefası tələb edilir


 

Kamal Kılıçdaroğlunun istefası tələb edilir<b style="color:red"></b> Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Əminə Ülkər Tarhan partiya rəhbərliyinin prezident seçkiləri dövründəki fəaliyyətini sərt tənqid edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ə. Ü. Tarhan bu sözləri CHP-dən olan digər millət vəkilləri Nur Sərtər və Süheyl Batum ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
 
Tarhan partiyanın uğursuzluğunda CHP lideri Kamal Kılıçdaroğlunun məsuliyyət daşıdığını bidlirib: “Türkiyədə ilk dəfə xalq səsverməsi ilə gerçəkləşən prezident seçkilərindən müxalifət çox ağır bir məğlubiyyətlə çıxdı – rəhbərliklər əksini desə də”.
 
O, Ərdoğanın qələbəsini daha çox müxalifətin uğursuz namizəd seçimi və kampaniyanın düzgün aparılmaması ilə əlaqələndirib.
 
Tarhan CHP-nin Mustafa Kamal Atatürkün prinsiplərindən uzaqlaşdığını dilə gətirərək, təcili yenidənqurmaya ehtiyac olduğunu qeyd edib və K. Kılıçdaroğlunu istefaya çağırıb.
 





12.08.2014    çap et  çap et