525.Az

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq


 

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq<b style="color:red"></b>

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə 525.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





28.08.2023    çap et  çap et