525.Az

Bakıda döyüş sursatı tapılıb


 

Bakıda döyüş sursatı tapılıb<b style="color:red"></b>

Bakıda döyüş sursatı tapılıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonunda partlayış təhlükəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.
 
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən partlayış təhlükəli əşyaların boş gövdələri aşkarlanıb. Aşkarlanmış sursatların 1 ədəd 150 mm çaplı top mərmisi, 1 ədəd 85 mm çaplı top mərmisi, 2 ədəd 82 mm çaplı minaatan mərmisi, 8 ədəd 60 mm çaplı minaatan mərmisi, 12 ədəd 125 mm çaplı BK-125 mərmisi olduğu müəyyən edilib.
 
Sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.

 





12.08.2014    çap et  çap et