Almaniyada hərbi texnikada istifadə edilən elektron hissələri Rusiyaya satdığı iddia edilən Almaniya-Rusiya vətəndaşı Valdemar V. həbs edilib.
525.az xəbər verir ki, Federal Prokurorluqdan verilən açıqlamada Valdemarın Almaniyanın qərbindəki şirkəti vasitəsilə 2020-ci ilin yanvarından 2023-cü ilin martına qədər Rusiyada hərbi texnika və aksesuarlar istehsal edən bir şirkətə 26 dəfə 715 min avroluq satış etdiyi bildirilib.
Açıqlamada Valdemarın elektron hissələrin beynəlxalq ticarəti üzrə iki şirkətin baş meneceri olduğu və satdığı hissələrin Rusiya silahlı qüvvələrinin Ukraynada uçurduğu "Orlan 10" pilotsuz uçuş aparatında istifadə edildiyi bildirilib.
Məhəmməd Tağıyev
çap et