Rusiyanın Çelyabinsk vilayətində "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib.
525.az xəbər verir ki, Çelyabinsk qubernatoru Aleksey Teksler verdiyi yazılı açıqlamada Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid "Mi-8" tipli helikopterin bölgədə qəzaya uğradığını bildirib.
İlk təsbitlərə görə qəzada 3 nəfərin öldüyünü qeyd edən Teksler, həyatın itirənlərin ailələrinə başsağlığı verib.
Məhəmməd Tağıyev
çap et