525.Az

Qəzada ölənlərin sayı 4-ə çatdı - Yenilənib


 

Qəzada ölənlərin sayı 4-ə çatdı - <b style="color:red">Yenilənib</b> Bakıda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb.

3 Saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsində gecə saatlarında baş vermiş ağır qəzada yaralanan Məmmədov Musa Tahir oğlu və Əsgərov Mircəfər Seyidaslan oğlu xəstəxanada keçinib. Hər iki şəxs "KamAZ"a çırpılan "VAZ 2107"-nin sərnişini olub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.

*** 10:21

Bakıda ağır yol qəzası baş verib.
 
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.
 
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
 
“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 





13.08.2014    çap et  çap et