525.Az

Daxili Qoşunların zabiti yol qəzasında həlak olub


 

Daxili Qoşunların zabiti yol qəzasında həlak olub<b style="color:red"></b> Novxanıda ağır yol qəzası baş verib.
 
Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, hadisə saat 08.00 radələrində Novxanı qəsəbəsinin “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

“Mutsubishi-Pajero” ilə “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.

Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən o da qeyd olunub ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir.

Faktla bağlı araşdırma başlanıb
 





13.08.2014    çap et  çap et