525.Az

Hindistanda keçirilən G20 Liderlər Zirvəsi öncəsi "meymun" tədbiri


 

Hindistanda keçirilən G20 Liderlər Zirvəsi öncəsi <b style="color:red">"meymun" tədbiri</b>

Hindistanda 9-10 sentyabr tarixlərində keçiriləcək G20 Liderlər Zirvəsi öncəsi paytaxt Yeni Dehlidə meymunların zirvə zamanı ziyarətçilərdən və məkanlardan uzaq tutulması üçün bəzi tədbirlər görülüb.

525.az xəbər verir ki, Hindistanda səlahiyyətlilər G20 sammiti zamanı meymunların ziyarətçilərə və sammit yerlərinə zərər verməsinin qarşısını almaq üçün planlar hazırlayıb.

Tədbirlərdən birinin meymunları qorxutmaq üçün boz lanqur meymunları karton kəsiklərinin hazırlanması olduğunu bildirən səlahiyyətlilər, kartonların meymunların tez-tez göründüyü yerlərdən, eləcə də ziyarətçilərin qalacağı otellərdən asılacağını bildirib.

Qeyd edək ki, meymunları qorxutmaq üçün lanqurların çıxardığı səsləri təqlid edə bilən 30-40 təlim keçmiş insanın da təyin ediləcəyi açıqlanıb.

Məhəmməd Tağıyev

 





30.08.2023    çap et  çap et