525.Az

Azərbaycan Prezidenti: "Qırğızıstanla dostluq əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"


 

Azərbaycan Prezidenti: "Qırğızıstanla dostluq əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"<b style="color:red"></b>

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

525.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer alıb.

“Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum. Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - məktubda deyilir.

 





31.08.2023    çap et  çap et