525.Az

Azərbaycan Pakistanda keçiriləcək İT sərgisində iştirak edir


 

Azərbaycan Pakistanda keçiriləcək İT sərgisində iştirak edir<b style="color:red"></b>

Azərbaycan bu gündən başlayaraq sentyabrın 2-nə qədər Pakistanın Karaçi şəhərində keçiriləcək “ITCN Asia” informasiya texnologiyaları (İT) sərgisində iştirak edir.

525.az xarici mətbuata istinadən xəbər verir ki, sərgi Karaçi Ekspo Mərkəzində təşkil edilib. Tədbirin əsas tərəfdaşları “Google”, “P@SHA” və “UNIFONIC” şirkətləridir.

İT sərgisinə Azərbaycanla yanaşı Çin, Sinqapur, BƏƏ, Səudiyyə Ərəbistan və ABŞ da daxil olmaqla 8 ölkədən 100 xarici nümayəndə, ümumilikdə isə 450-dən çox təşkilat qatılıb.

Sərgidə qlobal brendləri nümayiş olunduğu 400-dən çox stend quraşdırılıb.

 





31.08.2023    çap et  çap et