525.Az

Qırğızıstanda "TikTok" qadağan edildi


 

Qırğızıstanda "TikTok" <b style="color:red">qadağan edildi</b>

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə "TikTok" sosial media platformasının qadağan edilməsinə qərar verdiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada, zehni inkişafa mənfi təsir göstərən "TikTok" tətbiqinin zərərli təsirləri ilə bağlı bir çox qeyri-hökumət təşkilatlarından şikayətlərin daxil olduğu bildirilib.

Açıqlamada "TikTok"un istifadəçini qısa kliplərdən ibarət virtual aləmə sürüklədiyi və bunlara baxdıqdan sonra bəzilərinin həyat üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışdığı, bu cür asılılıq yaradan məzmunun emosional vəziyyətə mənfi təsir etdiyi qeyd edilib.

Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin çoxsaylı etirazları nəzərə alaraq və aparılan yoxlamalar əsasında "TikTok"un ölkədə qadağan edilməsi barədə qərar qəbul etdiyi və Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edildiyi bildirilib.

Qeyd edək ki, "TikTok"un ölkədə qadağan edilməsi qərarının heç bir geosiyasi məqsəd daşımadığı vurğulanaraq, qərarın uşaqların mənəvi tərbiyəsinə mənfi təsir göstərə biləcək, psixoloji sağlamlığına zərər verə biləcək məlumatlardan qorumaq üçün qəbul edildiyi xatırladılıb.

Malik Atilay

 





31.08.2023    çap et  çap et