525.Az

3500 illik balzamın orijinal qoxusu təkrar istehsal edilib


 

3500 illik balzamın orijinal qoxusu təkrar istehsal edilib<b style="color:red"></b>

Alimlər e.ə. 15-ci əsrdə Qədim Misirdə mumiya üçün istifadə edilən balzamın orijinal qoxusunu yenidən əldə edib.

525.az xəbər verir ki, ruhun axirətdə bədənə qayıdacağına inanan qədim misirlilərin mumiyalanma proseslərinin sirlərini açmaq üçün yeni araşdırma aparılıb.

Elm adamları qədim misirlilərin mumiyalamadan əvvəl bədəndən ayırdıqları ağciyər, qaraciyər, mədə və bağırsaqları saxladıqları "kanopik" adlı bankalardakı balzamın tərkibini araşdırıb.

Bu çərçivədə Almaniyanın Avqust Kestner Muzeyində qorunan zadəgan Senetnayın ağciyərləri və qaraciyərinin olduğu iki kanopinin altındakı balzam qalıqları laboratoriyada analiz edilib.

Ətir istehsalçıları ilə işləyən tədqiqatçılar inqrediyentləri təhlil etdikdən sonra balzamın "əbədi həyatın qoxusu" kimi təsvir etdikləri orijinal qoxusunu geri qaytarıblar.

Məhəmməd Tağıyev

 





02.09.2023    çap et  çap et