525.Az

BMT: Ukraynadakı müharibədə 9500 dinc sakin həlak olub


 

BMT: Ukraynadakı müharibədə 9500 dinc sakin həlak olub<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada davam edən Rusiya-Ukrayna müharibəsində 9500 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Cenevrə ofisinin "X" sosial media platformasında edilən paylaşımda 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölən, yaralanan və köçkünlərlə bağlı rəqəmlər açıqlanıb.

Müharibənin bədəlinin ağır olduğu vurğulanan yazıda Ukraynadakı müharibə nəticəsində 9500 mülki şəxsin həlak olduğu, 17 mindən çox insanın isə yaralandığı bildirilib.

"Real rəqəmlər mütləq daha çoxdur. 6 milyondan çox ukraynalı qonşu ölkələrə qaçıb. 5 milyondan çoxu məcburi köçkün vəziyyətinə düşüb", - postda deyilib.

Malik Atilay

 





02.09.2023    çap et  çap et