525.Az

Rusiyanın çətin günləri qarşıdadır: Vətəndaş müharibəsi başlayacaq


 

Rusiyanın çətin günləri qarşıdadır: <b style="color:red">Vətəndaş müharibəsi başlayacaq</b>

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov dünən telemarafonun efirində deyib ki, Rusiya artıq Ukraynanın uzaqmənzilli silahlarının effektivliyini hiss edir. Onun sözlərinə görə, yaxın gələcəkdə belə silahlarla hücumlar daha intensiv olacaq.

Məlum olduğu kimi, son zamanlar Rusiyanın müxtəlif ərazilərinə, o cümlədən paytaxt Moskvaya hücumlar intensiv xarakter alıb. Bu, müharibənin Rusiya ərazisinə keçməsi deməkdir. 

İntensiv hücumlar Rusiya siyasi hakimiyyətində narahatlıq yaradır. Təsadüfi deyil ki, son vaxtlar rəsmi Moskva ritorikasını daha da aqressivləşdirib. Ukraynaya kütləvi raket hücumları, həmçinin səslənən hədə- qorxular da bu ritorikanın təzahürüdür.

Rusiya ərazisinə hücumlar Ukraynanın strateji maraqlarına uyğundur. Beləliklə, Kiyev bir neçə məqsədə nail olmaq istəyir. Birincisi, Rusiya hərbi - siyasi elitasında gərginlik yaratmaq. İkincisi, Rusiyada xalqla hakimiyyəti üz - üzə qoymaqla perspektivdə vətəndaş müharibəsinə şərait yaratmaq. Üçüncüsü, Rusiyanın diqqətini Ukraynadan yayındırmaqla əks - hücum əməliyyatlarının sürətini artırmaq. Bu mənada Rusiyaya zərbələr Ukrayna üçün vacibdir.

Düşünmək olar ki, Ukrayna Rusiya ərazilərinə zərbələri bundan sonra daha da artıracaq. Ukraynada uzaqmənzilli raketlərin istehsalı buna şərait yaradır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov dünən demişdi ki, Rusiyanın Pskov vilayətinə hücum Rusiya ərazisindən təşkil olunub. O, bunu Ukrayna kəşfiyyatçılarının, yaxud daxildəki partizanların etdiyini açıqlamamışdı. Əlbəttə, detalların açıqlanmaması başa düşüləndir.

Əgər, doğrudan da, Budanovun dediyi kimidirsə, deməli, Ukrayna kəşfiyyatı kifayət qədər güclü işləyir. Bu isə gələcəkdə daha effektiv hücumlara imkan verir.

Hazırkı situasiyada Kiyevin prioritetlərindən biri Rusiyada xaos yaratmaqdır. Bu məqsədlə Ukrayna hücumları davam etdirəcək. Görünən odur ki, Qərb də Ukraynanın bu addımlarına qarşı deyil. Hətta, bəlkə də, "dirijor" məhz ABŞ-dir.

Bütün hallarda Rusiyanın çətin günləri hələ qarşıdadır. Rusiyada vətəndaş müharibəsi ehtimalı hər ötən gün daha da artır.

 





02.09.2023    çap et  çap et