525.Az

Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini məhv edib


 

Ukrayna “Bayraktar TB2” vasitəsilə Rusiya katerini məhv edib<b style="color:red"></b>

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dənizin şimal-qərb hissəsində “Bayraktar TB2” Rusiya katerini məhv edib: 6 hərbçi zərərsizləşdirilib, 2-si yaralanıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə USQ-nin Hərbi Dəniz Qüvvələri teleqramda məlumat yayıb.

“Qara dənizin şimal-qərb hissəsində Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-dəniz aviasiyasının səyi ilə düşmən şəxsi heyətini quruya keçmək cəhdi zamanı KS-701 “Tunets” tipli düşmən kateri məhv edilib.

6 işğalçı zərərsizləşdirilib və 2-si yaralanıb”, - Hərbi Dəniz Qüvvələri açıqlayıb.

Əməliyyatın görüntüləri paylaşılsa da, hadisənin dəqiq tarixi bildirilməyib.

Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyatda istifadə olunan PUA “Bayraktar TB2” olub.

 





03.09.2023    çap et  çap et