525.Az

Respublika Uşaq Kitabxanası  Beynəlxalq Forumda iştirak edib


 

Respublika Uşaq Kitabxanası  Beynəlxalq Forumda iştirak edib<b style="color:red"></b>

30 avqust -2 sentyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində MDB ölkələri və Gürcüstanın Uşaq və Gənclər Kitabı Beynəlxalq Forumu çərçivəsində 36-cı Beynəlxalq Kitab Sərgi-yarmarkası və birinci Moskva Beynəlxalq Uşaq Kitab Sərgisi keçirildi. Hər iki sərgi yarmarkaları Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi, Rusiya Kitab İttifaqı və Moskva hökumətinin dəstəyi ilə keçirilirdi.  Forumun keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması, uşaqlara xidmət göstərən kitabxanaların rolu və uşaqları mütaliəyə həvəsləndirmək məqsədilə birgə layihələrin həyata keçirilməsində təcrübə mübadiləsi aparmaqdır. Uşaq Kitab sərgisinin ilk dəfə keçirilməsi dövrün tələbatına görə nəzərdə tutulmuşdur. Belə ki, böyüməkdə olan uşaqları kitab mədəniyyəti ilə, müasir yazarlarla, klassiklərin ən yaxşı əsərləri ilə tanış etmək daha məqsədəyuğun hesab edilir. 

525.az xəbər verir ki, ilk öncə  “Kitab sənəti” XX Beynəlxalq müsabiqəsinin nəticələrinə yekun vuruldu və ikicildlik antalogiya MDB ölkələrinin bütün dillərinə tərcüməsi ilə təqdim edildi. Antalogiyaya Azərbaycan yazıçılarının da əsərləri daxil edilmişdi

Həmçinin,  Forumda beynəlxalq ekspertlərin, kitabxana- informasiya sahəsində çalışanların, nəşriyyat-poliqrafiya və kitab satışı sahələrinin aparıcı mütəxəssislərinin, gənc rəssam-illüstratorların və uşaq yazarlarının iştirakı təmin edilmişdir.

Beynəlxalq Forumda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babioğlu, Azərbaycan Respublkası Mədəniyyət  Nazirliyi Kitab sənayesi şöbəsinin böyük məsləhətçisi İslam Hüseynov, F.Köçərli adına Respublika uşaq kitabxanasının elmu işlər üzrə direktor müavini Zahirə Dadaşova, gənc rəssam Nərmin Abdullayeva və uşaq yazıçısı, professor Solmaz Amanova iştirak edirdi.

 Forumda Zahira Dadaşova “Kitabxanadan gələcəyə: yeniliklər və problemlər” mövzusunda məruzə ilə çıxış etmişdir. O, çıxışında  F.Köçərli adına Respublika Uşaq Kitabxananın həyata keçirdiyi layihələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında ətraflı məlumat vermişdir. Həmçinin, nəşr olunmuş uşaq ədəbiyyatı və kitabların çapının əhəmiyyətindən, uşaq  kitabxanasının ölkənin ictimai həyatında fəal iştirakından, ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan bəhs etmişdir. Qeyd edilmişdir ki, Respublika Uşaq Kitabxanası uşaqlara informasiya kitabxana xidmətində onların mənəvi və intelektual inkişafı, şəxsi mütaliə, sosial uyğunlaşma asüdə vaxtlarının səmərəli keçirilməsi ehtiyaclarını ödəyir. 

Uşaq yazarı Solmaz Amanova təqdimatında müəllifi olduğu kitablar və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Gənc  rəssam, Nərmin  Abdullayeva çıxışında uşaq ədəbiyyatına çəkdiyi rəsmlər haqqında ətraflı məlumat verib.Həmçinin qeyd edib ki, uşaq ədəbiyyatı kitab mədəniyyətinin nadir əsərlərini yaradan görkəmli illüstratorların əməyi sayəsində həmişə yüksək qiymətləndirilib.
 


 

 





05.09.2023    çap et  çap et