525.Az

Ceyhun Bayramov Xorvatiyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib - YENİLƏNİB


 

Ceyhun Bayramov Xorvatiyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib - <b style="color:red"> YENİLƏNİB</b>

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

xxxx

Xorvatiyanın Baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.


 

 





06.09.2023    çap et  çap et