525.Az

Daha bir məhkum ölüb


 

Daha bir məhkum ölüb<b style="color:red"></b> Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
 
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
 
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1952-ci il təvəllüdlü Səməd İmran oğlu Məmmədov müalicə aldığı müəssisədə dünyasını dəyişib.
 
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





14.08.2014    çap et  çap et