525.Az
Ali məktəblərin boş plan yerlərinə ixtisas seçimi başa çatdı
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
9156 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək elektron ərizəsinə daxil edib və təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin yaxın vaxtlarda elan olunması nəzərdə tutulur.
14.08.2014
çap et