525.Az
Bakıda külli miqdarda pul oğurlanıb
Bakıda oğurluqda şübhəli bilinən iki nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 9-da Şərifzadə küçəsində yaşayan Tahir Fərəcovun evindən açar seçmə yolu ilə 7 min manat oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Faiq Ağayev və 1988-ci il təvəllüdlü Oktay Tahirov tutulub.
Araşdırmalar davam etdirlir.
14.08.2014
çap et