525.Az

Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımırıq - Türkiyə XİN


 

 Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımırıq - <b style="color:red">Türkiyə XİN</b>

Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır.

525.az-ın məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”, - bəyanatda bildirilib.

Qeyd olunub ki, qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.

“Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyir və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndiririk”, - bəyanatda deyilir.

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inanmaqda davam edir”, - Türkiyə XİN-dən bildiriblər.

 

 





09.09.2023    çap et  çap et