https://525.az/img/pics/medium/2023-12/296369_q4lcdniick.jpg Uzaqlarda biri var, əlləri üzünə dayaq - Şahnaz Şahindən Yeni esse
https://525.az/img/pics/medium/2025-03/346988_6r9tqvx5cc.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-03/346928_lm6ihd7mqs.jpg Pirani ocağında
https://525.az/img/pics/medium/2025-03/346855_91wxi32nh9.jpg Azərbaycançılıq: müstəqil hüquqi-demokratik inkişaf üçün sağlam zəmin
search
19 Mart 2025
18 Mart 2025

"Düzgün yoldayıq”

"Düzgün yoldayıq”

“Dünən də dediyim kimi bizi çox ağır oyun gözləyirdi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun nümayiş etdirdik. Oyunda yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik". 

525.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunda evdə Belçikaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib komanda görüşdü, hamıya öz təşəkkürünü bildirdi" - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq. Qol epizodları bizdə daha çox oldu. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bu gün 2002-ci il təvəllüdlü oyunçu medyana daxil oldu. Düzgün yoldayıq”.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.