525.Az

Pakistan qondarma rejimin "prezident seçkisini" PİSLƏDİ


 

Pakistan qondarma rejimin "prezident seçkisini" <b style="color:red">PİSLƏDİ</b>

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.

525.az-ın xəbərinə görə, Pakistan XİN-nin mətbuat katibi bildirib ki, Qarabağı Azərbaycan Respublikasının suveren ərazisidir və qeyri-qanuni qurulmuş rejim tərəfindən qondarma seçkilərin keçirilməsinə hər hansı cəhdi hüquqi və mənəvi cəhətdən qınayırlar:

“Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

 





10.09.2023    çap et  çap et