525.Az

Sumqayıtda xəstəxana ərazisində yanğın olub


 

Sumqayıtda xəstəxana ərazisində yanğın olub<b style="color:red"></b>

Sumqayıt şəhərində xəstəxana ərazisində ümumi sahəsi 200 m² olan birmərtəbəli anbarın içərisində quraşdırılan elektrik lövhəsində 1 ədəd qoruyucu açar, giriş-çıxış kabeli 2 p.m və istifadəyə yararsız 3 ədəd çarpayı, 2 ədəd yataq dəsti yanıb. Anbar yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





10.09.2023    çap et  çap et