525.Az

Əfsanəvi “Titanik” dən sonra müasir “İcon of seas”


 

Əfsanəvi “Titanik” dən sonra <b style="color:red">müasir “İcon of seas”</b>

Əfsanəvi “Titanik” dövrünün ən son texnologiyası ilə inşa edilmiş, daxili quruluşu çox yüksək səviyyədə tərtib edilmişdi. İstehsalına 1909-cu ildə başlanan, 3 il yarım zaman müddətində ərsəyə gələn və 1912-ci ildə 2224 sərnişinlə ilk səfərini gerçəkləşdirən Titanik "White Star Line" şirkəti tərəfindən istehsal edilmişdi.

111 il öncə aysberqlə toqquşma nəticəsində Atlantik okeanın dərinliklərinə qərq olan "Titanik"in hələ də marağa səbəb olduğu bir zamanda ondan 5 dəfə böyük müasir "Titanik"in - “İcon of seas” gəmisinin ilk səyahətinə hazırlaşması barədə "Royal Caribbean International" şirkəti tərəfindən yayılan məlumat diqqətləri üzərinə çəkib. Dənizlərin ikonu bu səyahətini 2024-cü ilin yanvarında gerçəkləşdirəcək.

İstehsalçı şirkətin məlumatına görə ABŞ-nin Mayami şəhərindən yola düşəcək və Karib dənizi ətrafında səyahətini edəcək gəminin yanvar ayında baş tutacaq ilk dörd reysinin demək olar ki, bütün yerləri artıq bron edilib.

Qeyd edək ki, 7 gecəlik Qərbi Karib dənizi səyahətinin qiyməti 3100 dollar, Şərqi Karib dənizi turu isə 2000 dollardır.

Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci kanal” təqdim edir.

Nigar Abbasova

 





11.09.2023    çap et  çap et