525.Az

Hakan Fidan Qazaxıstana SƏFƏR EDƏCƏK


 

Hakan Fidan Qazaxıstana <b style="color:red">SƏFƏR EDƏCƏK</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleunun dəvəti ilə sentyabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.

525.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər zamanı regional və beynəlxalq vəziyyət, o cümlədən Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin müzakirə olunacağı vurğulanır.

Bu, H.Fidanın Türkiyənin xarici işlər naziri kimi Qazaxıstana ilk səfəri olacaq.

 





10.09.2023    çap et  çap et