525.Az

Hindistan Yer və Ayın fotolarını çəkir


 

Hindistan Yer və Ayın fotolarını çəkir<b style="color:red"></b>

Hindistanın Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün kosmosa göndərdiyi "Aditya L-1" kosmik gəmisi yolda Yer və Ayın fotoşəkillərini çəkir.

525.az xəbər verir ki, "Aditya L-1"in 4 ay davam etməsi gözlənilən kosmos səyahəti davam edir. Hindistan Kosmik Araşdırmalar Mərkəzi (ISRO) tərəfindən edilən açıqlamada
özü ilə daşıdığı yüklərin selfisini çəkən kosmik gəminin Yer və Ayın fotoşəkillərini də çəkdiyi bildirilib.

Açıqlamada kosmik gəminin Günəş üzərində ətraflı araşdırma üçün 7 müxtəlif cihaz daşıdığı, bunlardan 4-nün Günəşdən gələn işığı müşahidə etdiyi, 3-nün isə plazma və maqnit sahələrinin parametrlərini ölçdüyü qeyd edilib.

Məhəmməd Tağıyev

 





11.09.2023    çap et  çap et