525.Az

Prorektor cəbhədə döyüşmək üçün prezidentə müraciət etdi


 

Prorektor cəbhədə döyüşmək üçün prezidentə müraciət etdi<b style="color:red"></b> Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının prorektoru, professor Dilqəm Quliyev prezident İlham Əliyevə məktub yazıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda D. Quliyev Ali Baş Komandana Qarabağda döyüşmək istədiyini yazıb. Məktubun ixtisar edilmiş formasını təqdim edirik:
 
“Cənab Ali Baş Komandan!

Hörmətli cənab Prezident!

Son günlər sərhəd bölgəsində atəşkəsin pozulması nəticəsində verdiyimiz şəhidlər, azğınlaşmış düşmənin əməlləri bütün ziyalıları hiddətləndirmişdir. Bütün bu itkilərə baxmayaraq sevincimizin də həddi-hüdudu yoxdur.

Ona görə ki, Sizin komandanlığınız əsasında ordumuz düşmənə ciddi zərbələr vuraraq pərən-pərən salmışdır.

Sizin cəbhə bölgəsinə, ermənilərin fəallıq göstərdiyi bölgəyə getməyiniz bütün Azərbaycan xalqı kimi məni də qürurlandırdı. Mən İdmançıyam, müharibənin qızğın vaxtlarında idmançılardan ibarət könüllü dəstə yaradaraq Qarabağ döyüşlərində iştirak etmişəm. Bu gün Sizin rəhbərliyiniz və liderliyiniz altında döyüşmək, əsgərlərlə bir səngərdə olmaq mənim üçün şərəflidir. Xahiş edirəm mənim bu müqəddəs arzumun reallaşmasına tövsiyə və göstəriş verəsiniz”.
 





14.08.2014    çap et  çap et