525.Az

Pakistanın idman jurnalistləri Bakıda


 

Pakistanın idman jurnalistləri Bakıda<b style="color:red"></b>

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.

AİJA-dan 525.az-a bildirilib ki, qonaqlar bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.

Pakistanlı jurnalistlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına da tər çiçəklər düzüblər. Daha sonra Bakı ilə tanışlıq olub.

 





10.09.2023    çap et  çap et