525.Az

Ukraynalı deputat həmkarını noqdauna saldı - Video


 

Ukraynalı deputat həmkarını noqdauna saldı - <b style="color:red">Video</b> Ukrayna Ali Radasının dəhlizində fraksiya üzvləri olmayan deputatlar Aleksandr Şevçenko və Oleq Lyaşko dalaşıblar.
 
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, mübahisə zamanı Şevçenkonun həmləsindən sonra Lyaşko yerə sərilib.

Mübahisənin nə səbəbdən yarandığı hələ ki açıqlanmır. Ancaq videodan məlum olur ki, Lyaşko fəal şəkildə Şevçenkoya Donbasa getməyi təklif edir. Onun fikrincə, Şevçenko terror əleyhinə əməliyyatlar aparılan ərazilərdə olmayıb. Sözlə başlayan mübahisə sonradan qızışıb və Şevçenko elə bərk itələyib ki, Lyaşko yerə sərilib. Onu yaxınlıqda olan adamlar qaldırıblar.


 





14.08.2014    çap et  çap et