525.Az

Hindistanlı pilot sükan arxasında yatdı


 

Hindistanlı pilot sükan arxasında yatdı<b style="color:red"></b> Hindistan Mülki Aviasiyası yanında tənzimləyici orqan "Jet Airways" aviaşirkətinin iki pilotunu işdən çıxarıb.

Trend-in cümə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb təyyarə havada olarkən pilotlardan birinin sükan arxasında yatması, digərinin isə planşet kompüterdən istifadə etməsi olub.

Hadisə Mumbai-Brüssel reysini həyata keçirən təyyarə Türkiyə səmasında olarkən baş verib. Məlumata görə, ikinci pilot vəzifəsinin icrasına qayıdarkən təyyarə artıq havada 1500 metr enmişdi.

Təyyarənin göyərtəsində olan 280 nəfərdən heç biri xəsarət almayıb.
 





14.08.2014    çap et  çap et