https://525.az/img/pics/medium/2023-09/284317_5f1m2kqppw.jpg “525-ci qəzet”in 23 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284270_b3bkzjdakw.jpg Ölümsüzlərin abidəsi
https://525.az/img/pics/medium/2023-09/284269_9yy6dvjfkh.jpg Sabahın şairi
https://525.az/img/pics/medium/2023-09/284266_cg88pp7tsc.jpg Din tədrisi, yoxsa dini mövzularda maarifləndirmə?
search
23 Sentyabr 2023
22 Sentyabr 2023

Azərbaycanın futzal millisinin heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin heyəti açıqlanıb

Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

525.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.

İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”)

Qeyd edək ki, sentyabrın 15-də Rumıniya seçməsinin qonağı olacaq Azərbaycan komandası beş gün sonra Niderlandı qəbul edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.