525.Az

Sumqayıtda uşaq oğurluğu baş verib


 

Sumqayıtda uşaq oğurluğu baş verib<b style="color:red"></b> Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.
 
APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.
 
Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
 
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
 
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 





14.08.2014    çap et  çap et