https://525.az/img/pics/medium/2023-09/284317_5f1m2kqppw.jpg “525-ci qəzet”in 23 sentyabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284270_b3bkzjdakw.jpg Ölümsüzlərin abidəsi
https://525.az/img/pics/medium/2023-09/284269_9yy6dvjfkh.jpg Sabahın şairi
https://525.az/img/pics/medium/2023-09/284266_cg88pp7tsc.jpg Din tədrisi, yoxsa dini mövzularda maarifləndirmə?
search
23 Sentyabr 2023
22 Sentyabr 2023

"Kimin siyahıda olacağı sabahkı oyundan asılıdır"

"Kimin siyahıda olacağı sabahkı oyundan asılıdır"

“Belçika millisinə qarşı yaxşı oynamışdıq. Rəqibimiz güclü olduğu üçün məğlub olduq. Rəqib yaratdığı bir şansdan istifadə etdi. O qolu buraxmamaq da olardı. Amma düzgün reaksiya verdik, yaxşı oynadıq. Uşaqlardan razı qaldım. Start heyətində olanlar da, sonradan meydana daxil olanlar da yaxşı oynadı". 

525.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İordaniya ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, daha sonra bildirib: "İordaniya millisinə gəlincə, sürətli komandadır. Bir neçə oyunlarını izləmişəm. Bütün diqqətimiz İordaniyaya millisinə qarşı olacaq. Oktyabrdakı rəsmi oyunlardan əvvəl son sınaqdır. Futbolçular oyuna ciddi yanaşmalıdırlar. Oktyabrdakı toplanışında kimin siyahıda olacağı sabahkı oyundan asılıdır. İordaniya ilə oyun bizim üçün vacib sınaqdır”.

Qeyd edək ki, sabah  keçiriləcək Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.