525.Az

Azərbaycan Türkiyədə İKT sahəsində iri sərgidə təmsil olunacaq


 

Azərbaycan Türkiyədə İKT sahəsində iri sərgidə təmsil olunacaq<b style="color:red"></b> Türkiyə, Cənub-qərbi Asiya və Qara dəniz regionu ölkələri üçün keçirilən dünyanın ən iri sərgilərdindən biri olan "CeBIT Bilisim Eurasia-2014" informasiya-kommunikasiya texnologiyaları sərgisində Azərbaycanın milli pavilyonu təqdim olunacaq.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "CeBIT Bilisim Eurasia-2014" sərgisi sentyabrın 11-14-də İstanbulda keçiriləcək.

Sərgidə Azərbaycan nümayəndə heyətinə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov
rəhbərlik edəcək.

Azərbaycanın mill pavilyonunun işinin əsas məqsədləri Azərbaycan iqtisadiyyatının imkanlarının nümayişi, İKT sahəsində reallaşdırılan sonuncu nailiyyət və layihələrin təqdimatı olacaq.

Pavilyonun stendləri Yüksək Texnologiyalar Parkının, rabitə peykinin yaradılması, təhsil sahəsinə İKT-nin tətbiqi haqqında məlumatları əks etdirəcək.

Stendlər dövlət sektorunun uğurlarından başqa, ölkənin özəl IT şirkətlərinin uğurları haqqında informasiyanı da əks etdirəcək.

Sərgidə 93 ölkədən İKT sahəsində ixtisaslaşan mindən çox şirkət iştirak edəcək. 131 min ziyarətçinin sərgiyə baş çəkəcəyi gözlənilir. Eyni zamanda "Broadcast, Cable & Satellite Eurasia" kabel və peyk televiziyası və yayım texnologiyaları sərgisi keçiriləcək.
 





14.08.2014    çap et  çap et