525.Az

Azərbaycanın mənəvi-mədəni irs xəzinəsində parlaq bir imza - Seyid Yəhya Bakuvi


 

Azərbaycanın mənəvi-mədəni irs xəzinəsində parlaq bir imza - Seyid Yəhya Bakuvi<b style="color:red"></b>

Adı, ömür fəaliyyət yolu əsrlərdən bəri Azərbaycanla, paytaxtımız Bakıyla sıx bağlı olan məşhur tarixi şəxsiyyətlərdən biri böyük din mənəviyyat adamı, alim filosof Seyid Yəhya Bakuvidir. Azərbaycanda dünyaya gələn Seyid Yəhya Bakuvi ömrünün böyük bir qismini burada, əsasən Bakıda yaşamaqla, tələbələr yetişdirməklə, öz dini-fəlsəfi görüşlərini təlim etməklə keçirib. Elə buna görə Bakuvi ləqəbini götürüb. Məhz yetişdirdiyi tələbələri vasitəsi ilə Xəlvəti təriqəti bütün dünyaya yayılıb. Türk dünyasının ikinci Xoca Əhməd Yasəvisi sayılan Seyid Yəhya Bakuvi türklərin daha bir doğma məkanı olan Anadoluda daha çox Şirvani kimi tanınır. İslamın Anadolu, Balkanlar, Afrika Orta Şərqdə möhkəmlənməsində Bakuvinin mühüm xidmətləri olub.

Seyid Yəhya Bakuvinin təkmilləşdirib inkişaf etdirdiyi xəlvətilik təriqəti İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulub. Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai siyasi sahələrdə böyük təsirə malik olub müsəlman aləmində geniş şəkildə yayılıb. Xəlvətilik hələ Seyid Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı Təbrizə) ,İranda Osmanlı dövlətində rəğbət qazanıb. Seyid Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə yüz minlərlə müridə malik olub. Daha sonralar qol şöbələrinin sayı qırxı keçib. Həzrəti Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşub.  Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd edilir. Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlayıb: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid gizli-açıq əsmayi-səba üzrə zikrə davam etmək, yuxunun təbir təvili, hadisələrin nəfsə qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulub". Qaynaqlarda, xüsusən XVII əsrdə Övliya Çələbinin "Səyahətnamə"sində Bursada 17 xəlvəti, 9 qadiri, 3 nəqşibəndi, 1 qələndəri, 1 sədi, 1 bədəvi təkyəsinin varlığından söz açılıb.

Tədqiqatçılar qeyd edirlər ki, XIV-XV əsrlərdə Seyid Yəhya Şirvani tərəfindən sistemləşdirilərək bir məktəb halına gətirilən Xəlvətilik sufi məktəbi Bakıdan çıxmaqla öz irfan nurlarını dünyanın bir çox hissələrinə - Anadolu, İran, Afrika, Balkanlar, Orta Asiya, Avropaya yaya bilib. Onun on minlərlə tələbəsi olub, bir çoxları Seyid Yəhyadan sonra öz məktəblərini quraraq bu yolu davam etdirib. Günümüzdə mənsublarının olduğu bu irfan məktəbi Azərbaycanın yayıldığı ökələrin ictimai-siyasi mədəni həyatında mühüm rol oynayıb. Buna sübut olaraq Seyid Yəhyanın Şirvanşahlar Osmanlılar dövlət başçıları ilə münasibətlərini göstərmək mümkündür.

Seyid Yəhya Bakuvinin Azərbaycanla, Bakıyla bağlılığının ən bariz sübutu kimi Şirvanşahlar Saray kompleksindəki qədim türbənin onun adıyla əlaqələndirilməsini göstərmək olar. Bu nadir mədəni irs nümunəsi, memarlıq incisinin məhz Seyid Yəhyaya aid edilməsi onun Azərbaycanın dövlətçilik ideologiya, həmçinin dini-fəlsəfi fikir tarixində necə möhkəm bir yerə sahib olduğundan xəbər verir.

UNESCO tərəfindən 2013- ilin Seyid Yəhya Bakuvi İli elan edilməsi bir daha təsdiqlədi ki, bu böyük mütəfəkkir təkcə Azərbaycan Şərq aləmi, eləcə türk-islam dünyası üçün yox, bütövlükdə dünya üçün çox dəyərli sayılan nəhəng şəxsiyyətdir.

Xatırladaq ki, Bakuvi İli çərçivəsində Parisdə - UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən beynəlxalq simpoziumda Seyid Yəhyanın dünya mənəvi irs xəzinəsinə verdiyi töhfələr vurğulanmış, onun bu sahədəki müstəsna rolu qeyd edilmişdi. Çıxışlarda belə bir fikir ön plana çəkilmişdi ki, Seyid Yəhya Bakuvi onu şöhrətləndirdiyi xəlvətilik təriqətinin dünyaya bəxş etdiyi irs dünya mənəvi irsi baxımından aktuallığını bu gün itirməyib. Misal üçün, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013- ilin "Seyid Yəhya Bakuvi İli kimi qeyd edilməsini əlamətdar hadisə adlandıraraq demişdi: " Seyid Yəhya Bakuvinin irsi insanlar mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür". Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı Bakıya səfərini xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində dövlətin davamlı fəaliyyətinin şahidi olduğunu diqqətə çatdırmışdı.

UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou isə çıxışında bildirmişdi ki, Seyid Yəhyanı dünyaya bəxş edən Azərbaycan xalqı tarix boyu mədəniyyətə münasibətdə yüksək yanaşmanın gözəl nümunələrini yaradıb.

Daha sonra simpozium "Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi xəlvətilik", "Azərbaycanda sufilik Bakuvi irsi" adlı panellərdə işini davam etdirərkən aparılan müzakirələrdə Seyid Yəhyanın mənəviyyat dünyasına, onun dini-mədəni düşüncələr aləminə  nəzər yetirilmiş, nadir fikir adamlarından biri olduğu dəfələrlə qeyd edilmişdi.

Beynəlxalq miqyasda qeyd edilən ötən ayın əvvəlində yekun vurulan Seyid Yəhya Bakuvi İli çərçivəsində dünyanın bir çox ölkələrində, fərqli səviyyələrdə tədbirlər keçirilib, bu böyük şəxsiyyətin irsinin təbliği yönündə addımlar atılıb, simpoziumlar, seminarlar təşkil olunub.

Bu silsilədən bir mühüm tədbir ötən ilin noyabrında qardaş Türkiyədə - Əskişəhərdə start götürüb Bakıda davam etdirilən "Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani Xəlvətilik Simpoziumu" idi. Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS Gəncliyə Yardım Fondunun dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani Xəlvətilik haqqında elmi simpozium reallaşdırılıb. Tədbirdə ABŞ, Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaq üzrə dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak ediblər.

 Seyid Yəhya irsi ilə bağlı tarixi, mədəni, ictimai ədəbi yöndə bir-birindən zəngin məruzələr təqdim olunub, fotosərgi təşkil edilib.Tədbir çərçivəsində Seyid Yəhyanın türbəsi ziyarət olunub türkiyəli xəttat Gülhan Beydemirin Bakuvi irsindən yararlanmaqla hazırladığı sərginin Şirvanşahlar sarayında açılışı keçirilib.

Daha bir əhəmiyyətli addım isə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtım müşavirliyinin dəstəyi ilə ölkələrimiz arasında uzun illərə söykənən qardaşlıq, dostluq əlaqələrindən, ortaq  mədəniyyətdən bəhs edən sənədli filmin çəkilməsi bu əsərin müəlliflərinin məhz Bakuvi irsinə istinad etmələri olub. "Xəzərin piri Seyid Yəhya Bakuvi" adlı bu sənədli film böyük mütəfəkkirin xatirəsini anma ili çərçivəsində lentə alınıb. Filmin çəkilişləri Azərbaycanda Türkiyədə aparılıb. Bundan əlavə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bölgələrdə Seyid Yəhya irsinə dair seminarlar təşkil olunub.

Bütün bu tədbirlər nəticəsində ulu mütəfəkkir Seyid Yəhya Bakuvi irsinin müstəsna dəyəri, aktuallığı bir daha ümumdünya miqyasında diqqətə çatdırılıb, Azərbaycan dünya mədəniyyəti, bəşəriyyətin mənəvi inkişaf yolu baxımından onun fikirlərinin əhəmiyyəti vurğulanıb. Beləliklə, Seyid Yəhya Bakuvinin ilk növbədə Azərbaycanın müsəlman Şərqinin, eyni zamanda bütün dünyanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr vermiş kamil şəxsiyyət olduğu yenidən öz təsdiqini tapıb.

S.ABDULLAYEVA

 





14.08.2014    çap et  çap et