525.Az

AZAL Bakıdan Minskə müntəzəm uçuşlar həyata keçirəcək


 

AZAL Bakıdan Minskə müntəzəm uçuşlar həyata keçirəcək<b style="color:red"></b>

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

525.az AZAL-ın yaydığı məlumata istinadən xəbər verir ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin cari il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.

Bu reyslərin uçuş cədvəli ilə şirkətin rəsmi internet saytından www.azal.az tanış olmaq olar. Aviabiletləri həmçinin mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 





12.09.2023    çap et  çap et