525.Az

Maliki istefaya getməyə razılıq verdi


 

Maliki istefaya getməyə razılıq verdi<b style="color:red"></b>

İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, əvvəl əl-Maliki  ölkə prezidentinin yeni baş nazir təyinatını rədd etsə də, nəticədə qərarla razılaşmalı olub.
 
Avqustun 11-də prezident Fuad Maasum Heydər əl-Abadini İraqın yeni Baş naziri təyin edərək ona hökuməti 30 gün ərzində formalaşdırmağı tapşırıb.
 
Qeyd edək ki, ABŞ, Avropa Birliyi, BMT, Ərəb Dövlətləri Liqası, İran, Səudiyyə Ərəbistanı və Türkiyə yeni baş nazir Heydər Abadinin təyinatını  dəstəkləyiblər.

 





15.08.2014    çap et  çap et