Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-24" tipli döyüş təyyarəsinin planlı uçuş zamanı Volqoqrad vilayətində boş ərazidə qəzaya uğradığını açıqlayıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Rusiya Hava-Kosmik Qüvvələrinə aid "Su-24" tipli döyüş təyyarəsinin Volqoqrad vilayətində qəzaya uğradığı bildirilib. Hadisə yerinə axtarış-xilasetmə qruplarına məxsus "Mi-8" helikopterləri göndərilib.
Pilotların sağlamlıq durumu ilə bağlı heç bir məlumat verilməsə də, açıqlamada təyyarənin düşdüyü Volqoqradın Kalaçyovski şəhərində hər hansı can və mal itkisinin olmadığı bildirilib.
Malik Atilay