|
|
|
|
Van Qoqun 2020-ci ilin martında Niderlanddakı bir muzeydən oğurlanmış 1884-cü il tarixli “Nuenendəki Papazlıq bağı” tablosu 3,5 il sonra tapılıb.
525.az BBC-nin məlumatına əsasən xəbər verir ki, 139 yaşlı rəsm təxminən 3,5 il sonra hollandiyalı detektiv Artur Branda təhvil verilib.
Brand Van Qoq tablosunun ona yastıq qabına bükülmüş çantada adının açıqlanmayan bir şəxs tərəfindən verildiyini bildirib.
Rəsmi polislə razılaşdıraraq geri götürdüyünü izah edən Brand, tablonu verən şəxsin oğurluqla əlaqəsinin olmadığını bildirib.
Brend qeyd edib ki, cinayət təşkilatları arasında yayılan və polis tərəfindən axtarılan tablo ona “şəxsiyyətinin məxfi qalması şərti ilə” bir şəxs tərəfindən gətirilib.
Malik Atilay